23 yanvar 2013 12:29
Qəbələ Spartakla oyundan imtina etdi
Qəbələ Rusiyanın “Spartak” klubu ilə yoxlama oyunundan imtina edib. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandasını oyunun keçirilmə vaxtı qane etməyib.
Buna görə də, klub rəhbərliyi Nalçik təmsilçisi ilə görüşdən imtina edib.
Hazırda bölgə təmsilçisi yanvarın 25-də qarşılaşmaq üçün yeni rəqib axtarışındadı.
