23 yanvar 2013 12:37
Almaniya klubunun baş məşqçisi: Qəbələ ilə oyunu yoxlama matçı adlandırmaq çətindi
Almaniyanın “İngolstatd” klubunun baş məşqçisi Tomas Oral “Qəbələ” ilə keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 4:3 hesablı qələbə qazandığı görüşü belə şərh edib:
“Bu, əla oyun idi. Hər iki komanda nəyə qadir olduğunu göstərdi. Kənardan bu, adi yoxlama oyunu təsiri bağışlaya bilər. Amma elə təəssürat var idi ki, qarşılaşma hansısa turnir çərçivəsində keçirilirdi. Fikrimcə, oyunçular da bu oyundan tam razı qaldılar”.