24 yanvar 2013 00:51
Erik Ramos: Biz Neftçidə mafiya yaradırıq
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos Makedoniyanın “Turnovo” klubu ilə yoxlama oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib:
- İlk 10 dəqiqədə topa nəzarət edə bilmirdik. Amma sonradan oyunumuzu yaxşılaşdırdıq. İkinci hissədə bir qədər yorğunluq hiss olunurdu. Bu da normaldı. Axı hazırda təlim-məşq toplanışındayıq.
- Buna baxmayaraq, “Neftçi” yoxlama oyunlarında kifayət qədər yaxşı təsir bağışlayır...
- Belə də olmalıdı. Komandamız çempionat oyunlarına hazırlaşır. Qalan oyunlarımızda da qələbə qazanmaq istəyirik. Düzdü, yoxlama oyunlarında nəticə o qədər də önəm daşımır. Əsas fiziki və oyun keyfiyyətlərimizi yaxşılaşdırmaqdı.

- Bu yöndə nə dərəcədə uğur qazana bilmisiz?
- Fikrimcə, komanda hələlik 70 faiz hazırdı. Amma çempionatın bərpasına qədər daha yaxşı vəziyyətdə olacağıq.

- “Neftçi”yə iki yeni futbolçu gəlib: ispan və çilili. Onlarla ümumi dil tapa bilmisiz?
- Bəli, əlbəttə. Onlarla daim ünsiyyətdə oluruq. Klubumuz xoşlarına gəlir. Hər şey yaxşıdı.

- Onların oyunu barədə nə deyə bilərsiz?
- Onlarla meydanda da anlaşmaq asandı. Bir-birimizi yaxşı başa düşürük.

- Yəqin ki, ispandilli yoldaşlarınızın daha çox olması ürəyinizcədi?
- Əlbəttə, onların sayının daha da çox olmasına ancaq sevinə bilərəm. Klub daxilində mafiya yaradırıq (gülür).

- Sizcə, onlar “Neftçi”ni gücləndirə bilərlər?
- Mənim fikrimcə, hə. İspan futbolçunun oyunu xoşuma gəlir. Çilili futbolçu da işləkdi.

- “Neftçi”nin rəqibləri də ciddi hazırlaşırlar...
- Qoy hazırlaşsınlar. Bu, mənə maraqlı deyil. Başqalarından danışmağı sevmirəm.
- Artıq xeyli müddətdi “Neftçi”də çıxış edirsiz. Ölkəmizə uyğunlaşa bilmisiz?
- Mən Azərbaycan futboluna tez uyğunlaşa bildim. Bu, mənim üçün çox vacib idi.

- “Neftçi”dəki karyeranızı uğurlu saymaq olar?
- Bəli. Biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Sadəcə, bəzi çempionat oyunlarında uduzmağımız təəssüf doğurur. Çempion olmaq üçün bu cür xal itkilərindən qaçmağımız lazımdı.