23 yanvar 2013 13:17
Qəbələnin rumıniyalı legioneri gəldi
“Qəbələ”nin müqavilə bağlamağa hazırlaşdığı rumıniyalı müdafiəçi Kristian Pulhak artıq bölgə təmsilçisinin düşərgəsinə qoşulub. Lakin azerisport.az xəbər verir ki, o, hələlik ümumi məşqlərdə iştirak etmir.
Tərəflər tam anlaşmadığından, o, fərdi məşqlərlə kifayətlənir. Qısa zamanda onların rəsmi müqaviləyə imza atması gözlənilir.
