23 yanvar 2013 13:34
Dinamo İmamverdiyev ilə müqavilə bağlamağa hazırlaşır
Ukraynanın “Dinamo” (Kiyev) klubu futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevlə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, “Neftçi”nin futbolçusu artıq Kiyev klubunun düşərgəsindədi.
O, hələlik ikinci komanda ilə məşq edir. Mümkündü ki, o, “Dinamo-2” ilə birgə turnirdə də iştirak etsin.
Daha sonra isə İmamverdiyev birinci komanda ilə birgə Marbelyaya yola düşəcək. Qeyd edək ki, “Dinamo”nun əsas komandası hazırda İspaniyada təlim-məşq toplanışındadı.
Qeyd edək ki, Cavid “Dinamo” ilə müqavilə bağlasa, Ukraynanın ən titullu klubunda çıxış edəcək ilk azərbaycanlı futbolçu olacaq.
