23 yanvar 2013 13:58
Xəzər Lənkəran futbolçu tapa bilmir
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes komandasına lazımlı futbolçuları tapa bilmir. Azerisport.az xəbər verir ki, hazırda ispaniyalı məşqçiyə bir qapıçı, bir müdafiəçi və bir hücumçu lazımdı.
Lakin komandanın düşərgəsində cəmi bir futbolçu baxışdadı. O da ispaniyalı müdafiəçi Alvaro Silvadı. Onunla bağlı qərar yaxın günlərdə verilməlidi.
Digər oyunçuların kimlər olacağı isə hələ də bəlli deyil. Komandanı qarşıda üç sınaq matçı da gözləyir.
