24 yanvar 2013 02:16
Sumqayıt Xəzər Lənkəranı məğlub etdi (FOTO, VİDEO)
"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin komandası növbəti yoxlama oyununa çıxıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Xəzər Lənkəran"ın əvəzediciləri ilə qarşılaşan komanda 1:0 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın yeganə qolunu Süleyman Piriyev vurub.
