23 yanvar 2013 14:55
Ramiz Məmmədov: Pulhak kimi oyunçulara hörmətlə yanaşıram
“Qəbələ”nin yeni baş məşqçisi Ramiz Məmmədov rumıniyalı müdafiəçi Kristian Pulhak barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Pulhakı artıq “Qəbələ”nin futbolçusu saymaq olar. Onunla sadəcə müqavilə bağlamaq qalır. Zaman məsələsidi. Onun Rumıniya mətbuatına açıqlamasında ciddi heç nə görmürəm. Bütün futbolçular pul üçün oynayırlar. Məşqçilər, jurnalistlər də işləyirlər ki, pul qazansınlar. Əgər insan düz söz danışırsa, bunu pis qəbul etmək lazım deyil. Onun da öz ailəsi var. Belə oyunçulara hörmətlə yanaşıram. Əminəm ki, o, bizə faydalı olacaq”.