23 yanvar 2013 15:11
Simurq Bolqarıstan klubu ilə üz-üzə gələcək
“Simurq”un daha bir rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Bolqarıstanın “Etır” klubu ilə üz-üzə gələcək.
Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb. Məlumatda bildirilir ki, görüş yanvarın 24-də Antalya toplanışı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Antalyada bütövlükdə 5 yoxlama oyunu keçirməyi planlaşdıran “Simurq”un öncədən açıqlanan rəqibləri arasında “Etır” yox idi. Bolqarıstan təmsilçisinin bu ay artıq Azərbaycanın digər klubu ilə - “Bakı”yla üz-üzə gəldiyini də qeyd edək (1:1).
