23 yanvar 2013 20:50
Neftçi Makedoniya klubu üzərində qələbə qazandı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Makedoniyanın “Turnovo” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk matçında Rusiyanın “Rotor” klubunu 1:0 hesabı ilə məğlub etmişdi. Qazaxıstanın “Aktobe” klubu ilə görüşdə isə 3:2 hesablı qələbə qeydə alınmışdı.
Yoxlama oyunu
23 yanvar
NEFTÇİ – TURNOVO - 2:1 (1:0)
Qol: Flavinyo, 32 (1:0), Kanales, 60 (2:1)
"Neftçi"nin start heyəti: Stamenkoviç, Quliyev, Bertuççi, Denis, Ramos, Şükürov, Periko, Sadiqov, Abdullayev, Flavinyo, Kanales.
Oyun başladı
Qeyd edək ki, "Turnovo" hazırda Makedoniya çempionatında ikinci yerdədi
İlk dəqiqələrdə topa nəzarət "Neftçi"də olsa da, getdikcə Makedoniya klubu üstünlüyü ələ alır
Azərbaycan çempionu iki təhlükəli vəziyyət yaratsa da, bunlardan yararlana bilmir
32. Flavinyo hesabı açır - 1:0
Abdullayevin təhlükəli zərbəsi qol gətirmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra meydana bu futbolçular çıxıb: E.Quliyev, Vobay, Seyidov, Kabion, Yunuszadə.
"Turnovo" uzaqdan vurulan zərbə ilə hesabı bərabərləşdirir - 1:1
Kanales müdafiəçidən ustalıqla sıyrılıb, rəqib qapısına dəqiq zərbə endirir - 2:1
Vobay qırmızı vərəqə ilə meydandan qovulur
Zədələnən Ramosu Nasimov əvəzləyir
Matç başa çatdı
