23 yanvar 2013 15:22
Neftçidə ispaniyalı məşqçi (FOTO)
Antalya hazırlığını davam etdirən “Neftçi” fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
UEFA Pro kateqoriyalı Ruben Seleş “Barselona” klubunun “Master” diplomuna layiq görülüb. Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış məşqçi İspaniyanın “Valencia, “Villareal” və Yunanıstanın “Aris”, “Asteras” kimi klublarında çalışıb.
Ruben Seleş bu gün baş tutan məşqdə komanda heyətinə təqdim olunub.
