23 yanvar 2013 15:46
Ruben Seleş: Neftçidə etimadı doğruldacağıma əminəm
Antalya hazırlığını davam etdirən “Neftçi”nin yeni fiziki hazırlıq üzrə məşqçisi - ispaniyalı Ruben Seleş Kastellonu bu keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan məşqdən sonra klub saytına açıqlama verib:
“Mənə dəvət gələn kimi “Neftçi” haqqında ətraflı məlumat topladım. Bilirdim ki, bu klubun böyük tarixi var və “Neftçi” hər zaman iddialı olub. Bu mövsüm komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Avropada özündən söz etdirib. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. “Neftçi” rəhbərliyi ilə söhbətimdə komanda qarşısına qoyulan məqsədlərlə tanış oldum. Komandanın baş məşqçisi Böyükağa Hacıyevlə tanış oldum və o mənə öz məsləhətlərini və tövsiyyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla abu-hava var. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər. Gənc olmağıma baxmayaraq Avropanın bir sira ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam. Əminəm ki, hazırlıq müddəti başa çatana kimi futbolçularımız çempionat oyunlarına tam hazır olacaqlar və klub rəhbərliyi və rəhbərliyin etimadını doğruldacağıma əminəm”.
