25 yanvar 2013 02:51
İspaniya Kral Kuboku: Barsa sürprizə imkan vermədi (YENİLƏNİB)
Futbol üzrə İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Sevilla” “Zaragoza”nı darmadağın edib. İlk oyun qolsuz bitdiyindən, “Sevilla” yarımfinala çıxıb. “Valencia” isə ilk oyunda 2 cavabsız qolla uduzduğu “Real”la sülhə razılaşıb. Bu üzdən də Madrid təmsilçisi növbəti mərhələyə çıxıb.
İkinci oyun günündə “Betis” “Atletico”, “Malaga” isə “Barcelona” ilə qarşılaşıb. Sonda "Atletico" və "Barsa" növbəti mərhələyə adlayan tərəf olub.
İspaniya Kral Kuboku
1/4 final
23 yanvar
Sevilla – Zaragoza – 4:0 (ilk oyun 0:0)
Valencia – Real – 1:1 (0:2)
24 yanvar
Betis - Atletico - 1:1 (0:2)
Malaga – Barcelona - 2:4 (2:2)
