23 yanvar 2013 16:07
Rəşad Abdullayev: Hacıyev mənim Rusiyada oynamaq gücündə olduğumu düşünür
“Qəbələ”nin kapitanı Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində mövsümün qalan dövrünə hazırlıqlardan danışıb, eləcə də Rusiya klublarına keçəcəyi haqda xəbərlərə münasibət bildirib.
- Premyer Liqanın əksər klubları istirahətdən sonra dərhal Antalyaya yollansa da, siz öncə Mingəçevirdə hazırlaşmağa qərar verdiniz...
- Görünür, baş məşqçimizin də öz planları var. Biz ilkin hazırlıq dövründə ancaq fiziki çalışmalara üstünlük verirdik.
- Son günlər komandaya çoxlu yeni futbolçular gəlməkdədi. Bu, sizin ürəyinizcədi?
- Demək olar ki, hər məşqdə yeni futbolçu görmək olar. Onların hamısına “İngolstatd”la oyunda şans verildi. Tədricən yaxşıları müəyyənləşir. Komandada 2-3 yeni futbolçunun peyda olması istisna deyil. Əsas odu ki, onlar baş məşqçinin xoşuna gəlsinlər, bizim yox. Şəxsən mənim fikrimcə, Mustafa Dabo son oyunda pis təsir bağışlamadı. Topla yaxşı davranırdı.

- “Qəbələ”nin ilk altılığa düşmək şanslarını necə qiymətləndirirsiz?
- Fikrimcə, bizi çox çətin dövr gözləyir. Öncə ilk altılığa düşməyimizi təmin etmək lazımdı. Ondan sonra isə iddialılarla mübarizə aparmalıyıq.
- Fikrimcə, bizi çox çətin dövr gözləyir. Öncə ilk altılığa düşməyimizi təmin etmək lazımdı. Ondan sonra isə iddialılarla mübarizə aparmalıyıq.
- Antalyadakı ilk oyununuzda 3 qol vurdunuz, amma qələbəyə yetərli olmadı...
- Biz güclü komanda ilə qarşılaşdıq. “İngolstatd” ikinci Bundesliqa təmsilçisidi. Bu, ciddi rəqib idi. Həm də biz yeni ildə ilk oyunumuza çıxmışdıq. Hələ tam hazır deyilik. O qədər də yaxşı oynamadıq. Buna baxmayaraq, yoxlama oyununda nəticə ön planda olmur. Bu üzdən də biz heç də nəticəyə oynamırdıq.
- Sizin Rusiya klublarına keçəcəyinizə dair çoxlu xəbərlər yayılmaqdadı...
- (gülür) Mənim heç bir kluba keçmək ideyam olmayıb. Bir menecer mənimlə əlaqə saxladı və bildirdi ki, maraqlanan klublar var. Amma mənim legioner həyatı yaşayacaq yaşım yoxdu. Mənə heç reklam da lazım deyil. Əlbəttə, 25 yaşım olsaydı, mən də bunda maraqlı olardım.
- Rusiya mətbuatının haqqınızda yazdıqları sizə necə təsir etdi?
- Ötən qış Hacı Hacıyev özü mənim oyunumu xüsusi qeyd etmişdi. O, bildirmişdi ki, mən Rusiya Premyer Liqasında çıxış edə bilərəm. Hər halda Hacıyev futbolu jurnalistlərdən daha yaxşı bilir. Ona görə də, jurnalistlərin yazdıqlarına fikir vermədim.