23 yanvar 2013 16:26
Millimizin hücumçusu Göztepe və Adanaspordan imtina edib
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç karyerasını Türkiyədə davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, bu qış “Xəzər Lənkəran”la müqaviləsinin müddəti başa çatdığı üçün komandadan ayrılan futbolçumuzla PTT Birinci Liqada çıxış edən iki klub maraqlanırmış.
Bir qədər də konkretləşdirsək, Subaşiçi “Adanaspor”la “Göztepe” heyətinə qatmaq istəyirmiş. Amma yığmamızın serb əsilli üzvü “Qarabağ”ın təklifini müsbət dəyərləndirdiyindən, Türkiyəyə getmək istəməyib.
