24 yanvar 2013 17:27
Qəbələ Volınla qarşılaşacaq
Antalyada hazırlıqlarını gündəlik iki məşqlə davam etdirən "Qəbələ" sabah - yanvarın 25-də qardaş ölkədə ikinci yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, ilk oyunda Almaniya klubu "İnqolşdadt"la (3:4) üz-üzə gələn qırmızı-qaralar bu dəfə Ukrayna təmsilçisi "Volın"la qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Qəbələ" yanvarın 20-dən etibarən Antaliyada toplanışdadır. Hazırlıq prosesi fevralın 2-dək davam edəcək.
