24 yanvar 2013 19:25
Qurban Qurbanov: Komanda pis təsir bağışlamadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın “Hoverla” klubu ilə yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Futbolçular üzərində yüklənməyə rəğmən, pis oynamadıq. Bütün futbolçulara 45 dəqiqə oynamaq şansı verdim. İkinci hissədə oyun daha sürətli alındı. Bütövlükdə, normal təsir bağışladıq. Meydançanın vəziyyətindən narazı qaldım. Qazon pis gündə idi”.