24 yanvar 2013 19:55
Bojidar Bandoviç: Bu dəfə daha yaxşı təsir bağışladıq
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Macarıstanın “Ujpest” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Sürətli oyun alındı. Oyunun nəticəsi bizim üçün vacib deyildi. Baxmayaraq ki, biz buraxdığımız qollara qədər hesabı aça bilərdik. Birinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Bütövlükdə, ilk oyunla müqayisədə bu dəfə daha yaxşı təsir bağışladıq. Rauf Əliyevə gəlincə, ona hələ vaxt lazımdı. Onun oyunu haqda indidən danışmaq hələ tezdi”.