24 yanvar 2013 20:07
Xəzər Lənkəran ispaniyalı futbolçu ilə müqavilə imzalayacaq
“Xəzər Lənkəran”ın düşərgəsində baxışda olan Alvaro Silva İspaniyaya qayıdıb. Azerisport.az xəbər verir ki, o, cənub klubunun düşərgəsini tərk etsə də, bu, heç də futbolçunun bəyənilməməsi anlamına gəlməməlidi.
Sadəcə, İspaniya “Xerez”inin müdafiəçisi bəzi məsələləri yoluna qoyduqdan sonra, “ağ-yaşıllar”ın düşərgəsinə qayıdacaq və klubla müqavilə imzalayacaq.
Qeyd edək ki, Silva ötən ili icarə əsasında Rumıniyanın “Petrolul” klubunda keçirib. Amma müqavilə ilə hələ iyun ayına qədər “Xerez”ə məxsusdu. Mümkündü ki, o, İspaniyaya məhz məxsus olduğu klubun razılığını almaq üçün yollanıb.
