24 yanvar 2013 18:45
Qarabağ Hoverlaya uduzdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ikinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Hoverla” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Qurban Qurbanovun komandasının məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı ilk matçında Rusiyanın “Ural” klubunu 3:2 hesabı ilə məğlub etmişdi.
Yoxlama oyunu
24 yanvar
QARABAĞ - HOVERLA - 1:2 (0:1)
"Qarabağ"ın start heyıti: Varvodiç, Medvedev, Sadıqov, Teli, Aqolli, Qarayev, Yusifov, Nadirov, İsmayılov, Almeyda, Cavadov.
Oyun başladı
15. "Hoverla" hesabı açır - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
70. Ağdamlıların düşərgəsində baxışda olan və ikinci yarıda meydana çıxan Manuel Bleda hesabı bərabərləşdirir - 1:1
Amma cəmi iki dəqiqə sonra cərimə meydançasında qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirən Ukrayna təmsilçisi yenidən önə keçir - 1:2
Matç başa çatdı
