24 yanvar 2013 11:48
Kəpəz ev oyunlarını Dalğa Arenada keçirəcək
Gəncənin “Kəpəz” klubunun əsas heyəti ikinci dövrənin ev oyunlarını “Dalğa Arena”da, əvəzedici komandasi isə Şəmkir Olimpiya kompleksinin stadionunda keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, PFL-ə müvafiq məktub ünvanlayan klub buna səbəb kimi Gəncə şəhər stadionun ot örtüyünün yararsız, tamaşaçı sektorunun isə qəzalı vəziyyətdə olmasını göstərib.
