24 yanvar 2013 11:54

“O, hazırda Azərbaycanı seçir, ancaq ümid edirəm ki, Rusiya yığmasında oynayacaq”

Rusiyanın “Zenit” klubunun ikinci komandasının baş məşqçisi Anatoli Davıdov azerisport.az saytına müsahibəsində “Qəbələ”nin əvəzedici heyəti üzərində qazandıqları qələbədən danışıb, Elvin Bədəlov və MDB çempionatı barədə fikirlərini açıqlayıb.
 
- Dünənki oyun xoşunuza gəldi?
- Hər iki komanda yaxşı oynadı. Açıq-aşkar görünürdü ki, “Qəbələ” bizə qalib gəlmək istəyir. Biz azca mütəşəkkil idik və komandanın qarşılıqlı əlaqəsi bizdə daha yaxşı idi. Sevinirik ki, belə rəqibimiz vardı. “Qəbələ”nin oyunçuları texnikalıdır. Oyunun sonunda sərt oyun getdi. Bu bizi əsəbiləşməyə sövq etdi. Komandanızı başa düşmək olar - 0:3 hesabı ilə məğlub olurdular. Ancaq ümumilikdə bir-birlərinə hörmətlə yanaşırdılar.
 
- Ümumilikdə Azərbaycan komandası xoşunuza gəldi?
- Yaxşı komandadır. Mütləq lider çatışmır. Kollektivi ardınca apara biləcək futbolçu görmədim. Belə isə cənub komandaları həmişə maraqlı olub. Özüm tez-tez onlara qarşı oynamışam. Təəssüf ki, indi biz eyni çempionatda deyilik. Arada nostaljiyə qapılıram. Müxtəlif üslubda oynayan komandalara qarşı oynamaq həmişə maraqlı idi.
 
- Deməli, siz ötən ilin sonlarından KİV-də müzakirə olunan MDB çempionatının tərəfdarlarındansınız?
- Əgər bu, maraqlı olacaqsa, niyə də yox?
 
- Bəs bu mümkündür? Yeri gəlmişkən, təşəbbüs Sankt-Peterburqdan gəlib.
- Burada yalnız peterburqluların rolu yoxdur. Bu ideya çoxdan danışılır. Görək, hər şey necə olur.
 
- Siz Azərbaycan və Ermənistan klublarının oyunlarını necə təsəvvür edirsiniz?
- Burada nə var ki?
 
- Münasibətlər, yumşaq desək, elə də yaxşı deyil.
- Bu elə də yaxşı tarix deyil. Bunu aradan qaldırmaq lazımdır. Çox xalqlar arasında xoşagəlməz hallar var. Milyon illər ədavət aparmaq olmaz. Gec-tez münasibətlər sülh yolu ilə yaxşılaşmalıdır. Mən siyasətin idmana müdaxiləsini tərəfdarı deyiləm.
 
- Elvin Bədəlov haqda fikirləriniz necədir?
- O, mənim xoşuma gəlir. Xarakteri olan oğlandır. Dünən onu “Rubin”in əvəzedicilərinə qarşı meydana buraxdım. Pis oynamdı.
 
- Yaxın vaxtlarda onun perspektivləri  necədir?
- Bu haqda danışmaq tezdir. “Zenit”də çıxış edən bütün uşaqlar perspektivlidir. Biz bunun üzərində çalışırıq.
 
- O, Sankt-Peterburqda doğulub və 17 ildir ki, orada yaşayır. Buna baxmayaraq seçimini Azərbaycan yığması üzərində saxladı və gənclərdən ibarət yığmada (U-19) çıxış edir. Buna necə baxırsınız?
- O, hazırda Azərbaycanı seçir, ancaq ümid edirəm ki, gələcəkdə Rusiya yığmasında oynayacaq. Xətrinizə dəymək istəmirəm, ancaq hələ ki, Rusiyada futbol Azərbaycandakı futboldan güclüdür. Onun iki vətəni var, ancaq hazırda yaşadığı ölkə üçün oynamaq daha nüfuzludur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.