24 yanvar 2013 12:07
Qəbələnin Antalyadakı debütü uğursuz alındı (FOTOLAR)
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rusiya "Zenit" ilə qarşılaşan “qırmızı-qaralar” 0:3 hesabilə məğlub olublar.
Matçın ilk yarısı bərabər mübarizə şəraitində keçib və hesab açılmayıb. İkinci hissədə daha fəal olan Sankt-Peterburq təmsilçisi 3 dəfə "Qəbələ"nin qapısına yol tapmağı bacarıb. "Qəbələ" ikinci yarı ərzində bir neçə fərqlənmək imkanı yaxalasa da, bu şanslardan yararlana bilməyib və matç "Zenit"in 3:0-lıq üstünlüyü ilə tamamlanıb.
Əvəzedicilər Antalyada ikinci yoxlama oyununu yanvarın 26-da keçirəcək. Luis Araqonun yetirmələri Moskva "Spartak"nın əvəzedici komandası ilə üz-üzə gələcək.
