25 yanvar 2013 00:14

“Topla davranmaq və texnika üzərində çalışmaları yaxşılaşdırmaq lazımdı”

Xəbər verdiyimiz kimi, ötən gün “İnter”in əvəzedici heyəti Bakı toplanışı çərçivəsində növbəti yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, bu oyunda komanda “Kəpəz”lə gücünü sınayıb.
 
Premyer Liqa təmsilçisi ilə oyun 2:2 hesabıyla başa çatıb. Əvəzedici komandanın baş məşqçisi Tofiq Mustafayev oyunu şərh edib. Klub saytına açıqlamasında o, bunları dilə gətirib:

“Oyun kifayət qədər maraqlı alındı. Biz bir neçə əsas futbolçularsız oynadıq. Lakin buna baxmayaraq komanda yaxşı futbol nümayiş etdirdi. Biz rəqibə məğlub olmadıq. Hətta bir çox komponentlərdə onları üstələdik. “Kəpəz” daha təcrübəli və yaşca böyük futbolçulara malikdir və bu fakt bizim oyunçulara müəyyən təzyiq göstərirdi. Ancaq buna baxmayaraq onlar tapşırığın öhdəsindən gəldilər.
 
Biz iki yaxşı təşkil olunmuş hücum nəticəsində iki qol vurduq. Reallaşdıra bilmədiyimiz bir neçə anlarımız da oldu. Funksional planda komanda xoşuma gəldi, ancaq bizə hələ çalışmaq lazımdır. Topla davranmaq və texnika üzərində çalışmaları yaxşılaşdırmaq lazımdı.
 
Ümumilikdə, bugünkü oyununun nəticəsindən razıyam. Düşünürəm ki, komanda mövsümün ikinci hissəsinə daha yaxşı vəziyyətdə yaxınlaşacaq və mübarizə aparmaq qabiliyyəti artacaq”.
 
Xatırladaq ki, “İnter”in əvəzedici heyətinin toplanışı fevralın 2-dək davam edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.