25 yanvar 2013 00:23

Qarabağın Hoverla matçında nələr baş verdi? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, “Qarabağ” Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, rəqib Ukraynanın Premyer Liqa təmsilçisi “Hoverla” olub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ural”la baş tutan ilk oyunla müqayisədə sadəcə bir dəyişiklik etmişdi. Son məşqdə ayağında arılar hiss edən Fərhad Vəliyev oyunu buraxmalı oldu. Fərhadı riskə atmaq istəməyən texniki heyət qapını Miro Varvodiçə həvalə etdi. Xorvat qapıçı isə oyununu sonuna qədər meydanda olan yeganə “Qarabağ”lı oldu.
 
“Qarabağ” bu heyətlə meydana çıxmışdı: Miro Varvordiç, Ansi Aqolli, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Qara Qarayev, Namiq Yusifov, Əfran İsmayılov, Riçard Almeyda, Vüqar Nadirov, Vaqif Cavadov.
 
Saat 15:00-da start götürən oyunda çoxlu mübarizə vardı. Ukraynalılar daha çox pressinq tətbiq edərək “Qarabağ”ın oyun qurmağını əngəlləmək istəyirdi. Buna baxmayaraq Vaqif ilk olaraq real qol şansı əldə etsə də, 2 müdafiəçidən sıyrılaraq qapıya zərbəsini qolkiper dəf etdi. Vüqar Nadirovun zərbəsi, Əfran İsmaylovun həmlələri nəticəsiz qalınca rəqib künc zərbəsindən sonra başla topu tora göndərdi.
 
İlk yarı bu hesabla başa çatdı. Gözlənildiyi kimi, Qurban Qurbanov 2-ci yarıda Varvodiç istisna olmaqla bütün komandanı dəyişdi. Oyuna isə bu futbolçular daxil oldu: Eltun Yaqublu, Bədavi Hüseynov, Zaur Həşimov, Təmkin Xəlilzadə, Hacı Əhmədov, Toğrul Bilallı, Muarem Muarem, İlqar Qurbanov, Elnur Abdulov, Manuel Rodriqes.
 
İkinci yarıya rəqib fəal başlasa da, ilk təhlükə komandamızdan gəldi. “Qarabağ”da baxışda olan Rodriqes mübarizə nəticəsində rəqibini keçib qapıya zərbə endirsə də, qolkiper dəqiq oynadı. Amma az snra ispan forvard hesabı bərabərləşdirdi. Bədavinin ötürməsiylə qapıçıyla duelə yollanan Manuel şansını qaçırmadı.
 
Buna baxmayaraq “Qarabağ” yenidən hesabda geri düşdü. Qonaqlar penaltidən dəqiq yararlandı. Az sonra hesabı yenidən bərabərləşdirmək üçün əla imkan yaransa da, Muarem yaxın məsafədən qapını nişan ala bilmədi. Beləcə, görüşdə başqa qol olmayınca “Hoverla” 2:1 qələbə qazandı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.