25 yanvar 2013 00:46

Əfran İsmayılov: Biz də Avropadakı nəticəmizi yaxşılaşdırmağı arzulayırıq

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində ötən gün baş tutan Ukrayna “Hoverla”sı ilə yoxlama oyunundan (1:2) danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- “Qarabağ”ın son məğlubiyyətini necə şərh edərdiniz?
- Biz bu oyunlarda nəticəyə oynamırıq. Əksinə, güc toplamağa, oyun keyfiyyətlərimizi yaxşılaşdırmağa çalışırıq. Yüklənmə çox olduğundan müəyyən qədər çətindi. Ona görə də, bunu başa düşmək olar.
 
- Rəqibiniz əsl Avropa səviyyəsində qollar vurdu. Bu, sizi qorxutmur?
- Razıyam. Xüsusilə buraxdığımız ilk qol keyfiyyətli futbolun məhsulu idi. Amma dediyim kimi, yorğunluq öz sözünü deyir. Fikrimcə, Qurban Qurbanov da buraxdığımız qollarla bağlı müəyyən şeylər fikirləşəcək, nəticə çıxaracağıq. Özü də fasilədən sonra ilk rəqibimiz olacaq “Qəbələ” mənim fikrimcə, Ukrayna klubundan daha güclüdü. Əsas odu ki, “Qəbələ” ilə oyuna qədər tam hazır olaq.
 
- “Qarabağ”ı çempionluğa əsas iddialılardan hesab edirlər...
- Düz qeyd etdiniz. Biz də çempion olmaq istəyirik. Bizim hazırkı vəziyyətimiz çempionluq haqda düşünməyimizə əsas verir. Oyunumuzu tapmışıq və öz gücümüzə də inanırıq. Düzdü, öncədən nəsə proqnozlaşdırmaq çətindi. Amma ən azı avrokuboklara vəsiqə qazanmağımız lazımdı. Avropa qazandığımız uğuru daha da yaxşılaşdırmağı arzulayırıq. İnanıram ki, bu istəyimizə nail olacağıq. Yaxşı hazırlaşsaq, çox şeyə nail ola bilərik.
 
- Yeni transferlərinizi – Branimir Subaşiçlə Kristian Torresi necə dəyərləndirə bilərsiz?
- Subaşiçlə yığmada birgə oynamışam. Torres də “Rəvan”ın liderlərindən biri idi. Hər ikisinə uğurlar arzulayıram. İnanıram ki, “Qarabağ” onlardan fayda görəcək. Onlar faydalı futbolçulardı.
 
- Rauf Əliyev üçün darıxmayacaqsız?
- Şübhəsiz. 14 il idi birgə futbol oynayırdıq. Amma yenə də Azərbaycandayıq. Zəngləşəcəyik, söhbətləşəcəyik. Biz onun seçiminə hörmətlə yanaşmalıyıq. Bu, futboldu. Ümid edirəm ki, onun “Bakı”dakı karyerası uğurlu alınacaq.
 
- Rəqiblərinizi izləyirsiz?
- Bəli. Etiraf edim ki, Bakıda olanda buna o qədər də vaxtım olmur. Amma toplanışlar zamanı darımamaq üçün buna çox maraq göstərirəm. Mətbuatı oxuyuram, müsahibələri, açıqlamaları qaçırmamağa çalışıram. Bu qış deyəsən bütün klublarımız hücum xəttini gücləndirməyə çalışır. Hamıya nəticə lazımdı. Bütün klubların güclənəcəyini düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.