25 yanvar 2013 01:07
Qurban Qurbanov: Qarabağa yeni hücumçu lazımdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya mütləq yeni hücumçu almağın vacibliyini vurğulayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bizə mütləq yeni hücumçu almaq lazımdı. Hələlik belə bir hücumçu tapıb-tapmayacağımızı bilmirəm. Manuel Bledaya gəlincə, hələlik onun oyununu analiz edirik. Düzdü, o, son oyunda qol vurdu. Amma bu, ispaniyalı hücumçunun bizi tam qane etməsi anlamına gəlməməlidi. Ona daha bir şans verəcəyik. Ola bilər ki, tezliklə onunla bağlı qərarımızı açıqlayaq”.