25 yanvar 2013 01:29
Rauf Əliyev: İlk oyunumda qol vurmaq istəyirdim
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev “Bakı”dakı debüt matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, Macarıstan “Ujpest”i ilə yoxlama matçından sonra bunları söyləyib:
“Bu, mənim “Bakı”da ilk oyunum idi. Özümü isbatlamaq istəyirdim. Çoxdan idi oynamırdım. Hələ çatışmazlıqlarım var. Komandaya mümkün qədər tez alışmaq istəyirəm. Ümid edirəm ki, Premyer Liqa oyunlarına qədər hazır olacağam. Bu gün qol vurmaq istəyirdim. Lakin hər şeydən önəmli olan yaxşı oyun sərgiləmək idi. Bütövlükdə, hər şeyin normal olduğunu düşünürəm”.