25 yanvar 2013 01:59
Afrika Millətlər Kuboku: Mali Qana ilə bacarmadı
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin altıncı oyun günündə B qrupu çərçivəsində növbəti iki oyun baş tutub.
Qana Mali millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən birincilər bir cavabsız qolla qalib ayrılıblar.
Günün digər oyununda isə Niger Koqo ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, yeddinci oyun günündə C qrupu çərçivəsində Zambiya Nigeriya, Burkina Faso isə Efiopiya ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
B qrupu
24 yanvar
Qana – Mali – 1:0
Qol: Vakaso, 38-pen.
Niger – Konqo – 0:0
