25 yanvar 2013 02:06
Qəbələ Moldova və Ukrayna klublarından imtina edib, Rumıniya klublarını seçdi
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” iki rəqibindən imtina edib. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandası Moldovanın “Milsami” və Ukraynanın “Metallist” (Zaporojye) klubları ilə qarşılaşmayacaq.
Halbuki, öncədən planlaşdırılan yoxlama matçlarının siyahısında bu görüşlər də var idi.
Artıq “Qəbələ” bu klubların əvəzində özünə yeni rəqiblər tapıb. Belə ki, bölgə klubu iki Rumıniya təmsilçisi ilə üz-üzə gələcək. Məmmədov yetirmələrini yanvarın 28-də “Steaua”, 30-da isə “Ploiesti” ilə görüşdə sınayacaq.
