24 yanvar 2013 14:06

Cavid İmamverdiyev: Sübut edəcəm ki, Azərbaycanda da belə futbolçular var

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Kiyev “Dinamo”suna keçidi ilə əlaqədar Ukrayna mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibənin maraqlı məqamları ilə tanış edir.
 
- Öncə özünüzdən danışardınız...
- Adım Cavid İmamverdiyevdi. 1990-cı il yanvarın 8-də Şəmkirdə anadan olmuşam. Atam da gəncliyində futbol oynayıb. Mən futbol məktəbini bitirməmişəm. “Neftçi”yə də küçə futbolundan gəlmişəm. Bir ara komandadan getdim, amma sonra yenidən bura qayıtdım. Bir il sonra məni əsas komandaya dəvət etdilər.
 
- Klubunda hansı mövqedə çıxış edirdin?
- Daha çox hücumçuların arxasında oynayıram. Bu, mənim sevimli mövqeyimdi. Orda özümü çox yaxşı hiss edirəm. Sakit oynamağı, topla yaxşı davranmağı sevirəm. Amma kimsə məni izləyəndə işim çətinləşir. Rəqib futbolçunun mənə qarşı fərdi oynamasını xoşlamıram.
 
- İşlək ayağın hanısıdı?
- Həm sağ, həm də sol ayağımla oynaya bilirəm. Amma daha çox sağ ayağımla oynamağa üstünlük verirəm.
 
- Standart vəziyyətləri yerinə yetirirsən?
- Hərdən. “Neftçi”də belə zərbələri daha yaxşı yerinə yetirən futbolçular var. Mən isə daha çox künc zərbələrini yerinə yetirirdim. Penalti də vurmuşam.
 
- Necə oldu ki, “Dinamo”ya gəldiniz?
- Bu haqda menecerim mənə danışdı. “Neftçi”dəki komanda yoldaşım İqor Mitreski də bildirdi ki, Azərbaycan getmək vaxtımdı. Menecerim dedi ki, “Dinamo”ya getmək lazımdı. Bildirdi ki, kiyevlilərin prezidenti məni komandasında görmək istəyir. Mən də razılaşdım.
 
- “Neftçi” ilə müqavilənin müddəti nə vaxta qədərdi?
- Beş illik. Bu yaxınlarda yeni müqavilə imzalamışam.
 
- Azərbaycan yığmasına çağırılırsan?
- Gənclərdən ibarət komandalarda oynamışam. Dəqiq üç qol vurub, üç qol ötürməsi etmişəm.

- Orda da hücumçuların arxasında çıxış edirdiniz?
- Bəli.
 
- Bəs əsas yığmada çıxış etmisən?
- Bəli. 10 yoxlama matçına çıxmışam. Amma hələ rəsmi oyunlarda forma geyməmişəm.
 
- Yığmanın qarşıdakı toplanışına gedəcəksən?
- Hələ mənə heç nə deməyiblər. Desələr, gedəcəm.
 
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib ki, AFFA-da sənin yığmaya çağırılmağını istəməyən insanlar var...
- Berti Foqts məni o qədər də sevmir. O, müdafiə futboluna üstünlük verir. Hücum haqda isə o qədər də düşünmür.
 
- “Neftçi” ilə hansı uğurların olub?
- Bu komanda ilə üç dəfə fərqli medallar qazanmışam. Həmçinin Avropa Liqasında oynamışam.
 
- “Neftçi”də maaşlar necədi?
- Əsas komandada 15-18 min dollar, əvəzedici komandada isə 5-6 min dollar.
 
- Kiyevdə soyuq deyil?
- Xeyr. Mənim üçün əsas futboldu.
 
- “Dinamo”nun azarkeşləri haqda nə deyə bilərsən?
- Mən onların haqqımda dediklərini eşitmişəm. Guya, belə futbolçu onların nəyinə lazımdı. Amma mən sübut edəcəyəm ki, Azərbaycanda da futbol və futbolçular var.
 
- Harda istirahət etdin?
- İstanbulda. Daha sonra Tiflisə getdim, ordan da Azərbaycana qayıtdım. Hardasa, 15-20 günlük istirahət etdim.
 
- Fiziki yüklənmədən qorxmursan?
- Xeyr.
 
- “Dinamo”da kimi tanıyırsan?
- Mileskini. Yaxşı oyunçudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.