24 yanvar 2013 14:26
“Ümid edirəm Trabzonsporun məşqçi heyəti çıxışımızı bəyənəcək”
Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın iki futbolçusu - Ruslan Nəsirli və Şamil Cəmaləddinov “Trabzonspor”da məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Hər iki futbolçu hazırlıqlarla bağlı klubun rəsmi saytına açıqlama verib.
Ruslan Nəsirli: “Hazırlıqlarımız normal şəkildə davam edir. Komandaya uyğunlaşma cəhətdən problem yaşamadıq. Məşqçi və futbolçu heyəti bizi olduqca xoş qarşıladıralar. Gün ərzində iki dəfə olmaqla “Trabzonspor”un əvəzedici heyəti ilə məşqə çıxırıq. Burada futbol oynamaq üçün hər bir şərait var. Çalışıram ki, özümü yaxşı tərəfdən göstərim və legioner həyatı yaşayım. Təlim-məşq toplanışı başa çatandan sonra “Trabzonspor”un məşqçi heyəti çıxışımı bəyənsə, burada qalmaq istəyirəm”.
Şamil Cəmaləddinov: “Bütün məşqlərdə var qüvvəmizlə çalışırıq. Ruslanla yanaşı məndə iki dəfə iki tərəfli qarşılaşmada oynamışam. Məşqlərdən sonra məşqçi heyəti bizimlə söhbət aparır. Ümid edirəm ki, “Trabzonspor”un məşqçi heyəti çıxışımızı bəyənəcək”.
