24 yanvar 2013 14:48
Simurqda hollandiyalı futbolçu
Türkiyə hazırlıqlarını davam etdirən “Simurq”un düşərgəsinə yeni legioner təşrif buyurub. Azerisport.az xəbər verir ki, bu, hollandiyalı futbolçu Omari Çibambadı.
O, yarımmüdafiəçidi. Son dövrlər isə Danimarka çempionatında çıxış edib. Məşqçilər korpusu digər legionerlər kimi, hollandiyalı barədə də qərarı növbəti sınaq matçlarından sonra verəcək.
