24 yanvar 2013 15:30
Ermənistan yığmasında daha bir azərbaycanlı
Hollandiyanın “Emmen” klubunun yarımmüdafiəçisi Norayr Məmmədov Ermənistan yığmasında oynamaq üçün soyadını dəyişib. Azerisport.az xəbər verir ki, bundan sonra Aslanyan adlanacaq bu futbolçu Ermənistan yığmasında çıxış edə biləcək.
Qeyd edək ki, valideynləri azərbaycanlı və erməni olan Norayr uzun müddətdi ki, Hollandiyada yaşayır. Ermənistan Futbol Federasiyasının ona yığmada oynamaq təklifindən sonra isə soyadını dəyişməyə razılaşıb.
“Mən Ermənistan yığmasından təklif almşam. Ermənistan millisindən çıxış etmək mənim arzumdu. Artıq bütün sənədlər hazırlanıb. Fevralın 3-də Fransaya yollanıb, Ermənistan yığmasının düşərgəsinə qoşulacam. Aslanyan soyadını ona görə seçdim ki, həyat yoldaşımın da soyadı belədi. O, Avropada yaşayan ermənidi. Burda tanış olmuşuq”.
Qeyd edək ki, Ermənistan yığmasına Azərbaycan əsilli daha bir futbolçu – Araz Ozbilis də dəvət olunur.
