25 yanvar 2013 03:37

“Azarkeşlərdən ayrılmaq heç də asan olmadı”

Hazırda təlim-məşq toplanışı üçün Bakıda olan "Kəpəz" ev oyunlarını paytaxtda "Dalğa Arena"da keçirəcək. Azerisport.az xəbər verir ki, Gəncə klubu bununla bağlı Peşəkar Futbol Liqasına məktub ünvanlayıb.
 
Bölgə təmsilçisinin bu addımı atmasına səbəb Gəncə şəhər stadionun ot örtüyünün yararsız, həmçinin tribunalardan bəzisinin qəzalı vəziyyətdə olmasıdı. "Kəpəz"in əvəzedici heyəti isə ev matçlarını Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
 
Bu məsələ ilə bağlı klubun icraçı-direktoru Adil Tağıyev klubun rəsmi saytına açıqlama verib: "Çox təəssüf ki, Gəncədə oynaya bilməyəcəyik. Komandamız ev görüşlərini ölkə paytaxtında keçirəcək. Əvvəllər bu barədə yalnız söz-söhbətlər gedirdisə, indi məsələ dəqiqləşib. Stadionumuzdakı qazonun vəziyyəti yaxşı deyil və bu cür ot örtüyündə futbol oynamaq mümkünsüzdür. PFL rəhbərliyi ilə bir müddət əvvəl danışıb, məsləhətləşmələr apardıq. Yekunda Bakıda oynamağı seçdik. "Dalğa Arena"ya üstünlük verdik. Futbol azarkeşlər üçündür və biz fanatlarımızı itirmək istəmirik. İnanırıq ki, onlar bizim atdığımız addımı anlayışla qarşılayacaqlar. Gəncədən, azarkeşlərdən ayrılmaq heç də asan olmadı. Əvəzedici heyətimiz isə Şəmkirdə oynayası oldu. Qonşu rayondakı arenanın rəhbərliyi ilə görüşdük və onlar "dubl"a ev oyunlarının təşkilində kömək edəcəklər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.