24 yanvar 2013 15:45
Türkiyə yığmasının Bakıya gələcəyi təsdiqləndi
Xəbər verdiyimiz kimi, bu ilin may - iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Türkiyə Futbol Federasiyasından göndərilib.
Beləliklə, müvafiq yaş qrupundan ibarət Türkiyə yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.
Xatırladaq ki, Türkiyə komandası I və II Caspian Cup turnirində də mübarizə aparıb.
