25 yanvar 2013 21:05
Simurq Rusiya klubu ilə heç-heçə etdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Simurq” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “sarı-qaralar” Rusiyanın “Tom” klubu ilə üz-üzə gəlib.
Görüş qollu heç-heçə ilə başa çatıb.
Xatırladaq ki, Georgi Çixradzenin yetirmələri Antalyadakı ilk matçında Qazaxıstanın “Akjayik” klubuna 0:1 hesabıyla uduzmuşdular. Bolqarıstanın CSKA (Sofiya) klubu ilə matçda isə 3:3 hesabı qeydə alınmışdı.
Yoxlama oyunu
25 yanvar
SİMURQ - TOM - 1:1 (0:0)
"Simurq"un start heyəti: Petrkeviç, Qırtımov, Zrnanoviç, Anderson, Şemonayev, Bojiç, Polyak, Poladov, Burhard, Popoviç, Omari.
Oyun başladı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən dərhal sonra "Tom" hesabı açır - 0:1
54. "Simurq"da baxışda olan və ikinci hissədə meydana çıxan hücumçu Tomislav Buşiç hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
