24 yanvar 2013 16:59
Sumqayıt Rəvanla yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün “Bayıl Arena”da məşqə çıxan komandanın heyətində zədəli futbolçu yer almır.
Belə ki, zədələrini sağaltmış Pərdis Fərcad-Azad, Murad Doymuş, Murad Ağayev və Sabir Allahquliyev komanda ilə məşqlərə başlayıb. Bernhard Raabın komandası günün ikinci məşqini isə trenajor zalında keçirib.
"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində yanvarın 26-da növbəti yoxlama oyununa çıxacaq. Komanda "Rəvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
