25 yanvar 2013 17:16
İnter Antalyasporla heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan “İnter”in U-17 komandası ilk yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, bu oyunda Arif Əmirxanovun yetirmələri “Antalyaspor”un U-17 komandasıyla qarşılaşıblar.
Matç 0:0 hesabıyla başa çatıb. Qeyd edək ki, “İnter” “Hadrianus” oteldə qalır. Plana uyğun olaraq komanda gün ərzində iki dəfə məşq edir.
Əlavə edək ki, “İnter” U-17 komandasının növbəti rəqibi Gürcüstanın “Olimpik” (Tiflis) komandası olacaq. Bu qarşılaşma yanvarın 28-də baş tutacaq.
