25 yanvar 2013 17:35
Yığmamız üç yoxlama oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, yanvarın 22-dən etibarən futzal üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
Futzalçılarımız yanvarın 28-də, saat 18:00-da və yanvarın 29-da, saat 19:00-da Rusiyanın U-21 yığması, yanvarın 31-də, saat 13-də isə "Norilski Nikel" klubu ilə qarşılaşacaq. Oyunlar "Akvarium" İdman Kompleksində olacaq.
