25 yanvar 2013 17:58

Rauf Əliyev: Yığmamızın məşqçilərinin işi göz önündədi

Azerisport.az Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyevlə müsahibəni təqdim edir.
 
- Rauf müəllim, yeni Olimpiya dövrü başlayıb. Sizin ümumilikdə Azərbaycanda idmanın, habelə gimnastikanın hazırkı vəziyyəti barədə fikriniz necədir?
- Şübhəsiz ki, əsas hadisə 2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi haqqında qərardır. Mən bunu böyük tarixi hadisə kimi qiymətləndirirəm. Bu oyunların keçirilməsinin məhz Azərbaycana həvalə olunması, Prezident İlham Əliyev başda olmaqla Milli Olimpiya Komitəsinin uğurlarının tanınması beynəlxalq və Avropa Olimpiya hərəkatının ölkəmizdə görülən bütün işlərə, habelə idman sahəsində qazanılan nailiyyətlərə verdiyi yüksək qiymətdir. Mən tamamilə əminəm ki, Təşkilat Komitəsinə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi həmin oyunlar həm idman, həm də təşkilati planda uğurlu olacaq.
 
Gimnastikaya gəldikdə, mən bu günlərdə ölkə yığmasının yoxlama məşqində oldum. Bilirsinizmi, mən nəyi xatırladım? 10 il əvvəl bizim praktiki olaraq hər şeyi sıfırdan başlamağımız lazım gəlmişdi. İlk vaxtlar təlim-məşq toplanışları, yarışlar haqqında adi təsəvvürlər belə yox idi. Azərbaycanı cəmi bir (!) gimnast təmsil edirdi.
 
Bu gün isə mən zalı gördüm, orada sözün həqiqi mənasında iynə atsaydın, yerə düşməzdi. Bölgülər aparılmağa başlanıb, istedadlı gənclər aşkara çıxarılır. Baş məşqçi Mariana Vasileva yuxarı yaşlı və gənc gimnastlarla birlikdə tam gücləri ilə çalışan 8-12 yaşlı gimnastlardan ibarət milli komandanı da nəzarətdə saxlayır. Seçim aparılır və təkcə bu il deyil, növbəti illər üçün yarışlara da hazırlıq gedir. Yəni yığmanın bütün məşqçilərinin kollektiv işi göz önündədir.
 
Və mən tezliklə idman üfüqlərində parlaq ulduzları görsəm, qətiyyən təəccüb etmərəm, ustalıq və əminlik gündən-günə artır. Azərbaycanın istedadlı zərifləri dünya gimnastika aləmində çox məşhur olacaqlar.
 
- Buna Milli Gimnastika Arenası da yardım edəcək...
- Haqlısınız. Hazırda Azərbaycanda müasir idman infrastrukturu yaradılıb və bu sahədə müvafiq proseslər davam edir. Gimnastika sarayının tikintisi gücləndirilmiş sürətlə, əgər belə ifadə etmək mümkünsə, gecə və gündüz gedir. İnşaatçılar kompleksin bu yayın sonlarınadək hazır olacağına əmindirlər. Və bu arena üçün birinci böyük sınaq 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı olacaq. Əlbəttə, çox istərdim ki, tamaşaçılarımız valehedici 2015-ci il bədii və idman gimnastikası, batut üzrə Avropa oyunları yarışlarını da bu arenada izləsinlər.
 
- Bəs Siz cari ilin turnirlərindən nə gözləyirsiniz?
- Hər şeydən əvvəl, uğurlar və qələbələr, habelə heç bir zədənin olmaması. Yarış ili Estoniyada gimnastlarımızın ənənəvi olaraq inamla çıxış etdikləri Dünya kuboku mərhələsi ilə başlayır. Və əlbəttə ki, ölkənin bütün idman ictimaiyyəti mayda Vyanadakı Avropa birinciliyindən və avqustda Kiyevdə keçiriləcək dünya çempionatından xoş xəbərlər gözləyir. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.