25 yanvar 2013 18:16
İnterin oyunçusu Gürcüstan yığmasında
Futbol üzrə Gürcüstan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, gürcülərin çalışdırıcısı Timuri Ketsbaya milliyə Azərbaycandan da futbolçu dəvət edib.
Belə ki, baş məşqçi “İnter”də çıxış edən İliya Kandelakini yığmaya çağırıb. O, Albaniya ilə qarşılaşmada iştirak etmək şansı qazanıb.
Qeyd edək ki, Gürcüstan – Albaniya matçı fevralın 6-da baş tutacaq.
