25 yanvar 2013 18:21
Yığmamızın forvardı Super Liqa klublarının hədəfində
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç “Qarabağ”la müqavilə imzalasa da, Türkiyə klubları ona maraq göstərməkdə davam edirlər. Azerisport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, hücumçunun xidmətində bəzi Super Liqa klubları maraqlıdılar. Eyni zamanda PTT Birinci Liqada çıxış edən “Kartalspor”, “Adanaspor” və “Göztepe” də Subaşiçi heyətinə qatmaq istəyir. Amma Ağdam klubunun qışda “Xəzər Lənkəran”dan ayrılan hücumçusunu buraxıb-buraxmayacağı dəqiq bilinmir.
