25 yanvar 2013 18:47
Ruslan Abışovun Rubinlə müqavilə bağlamasına əngəl qalmadı
Bu gün Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər Palatasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra “Rubin” klubu haqda mühüm qərar çıxarılıb.
Qeyd edək ki, RFİ “Rubin”in transfer etdiyi yeni futbolçuları bu qurumda qeydiyyatdan keçirməsinə qadağa qoymuşdu. Amma bu gün baş tutan iclasda çıxarılan yeni qərara əsasən, sözügedən qadağa aradan qaldırılıb. Bu üzdən də kazanlılar istədikləri futbolçuları qeydiyyatdan keçirə biləcəklər.
Onu da bəyan edək ki, “Rubin”in heyətində hazırda baxışda olan futbolçulardan biri də “Xəzər Lənkəran”ın və yığmamızın müdafiəçisi Ruslan Abışovdu. Onunla yaxın günlərdə müqavilə imzalanması gözlənilir.
