25 yanvar 2013 11:23
“İlk gündən Azərbaycan yığmasında oynamaq istəmişəm”
Futbol üzrə Azərbaycanın U-19 yığmasının və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Elvin Bədəlovun azerisport.az saytına müsahibəsi
- Öncə sizi təbrik etmək istərdik. Yeni kollektivdə işləriniz necə gedir?
- Bu, mənim “Zenit”in əvəzedici komandası ilə ilk toplanışımdı. Məni belə bir klubun əvəzedici komandasına götürdülər. Əlbəttə, bu, məni sevindirməyə bilməz. Öz üzərimdə çalışacağam ki, etimadı doğruldum.

- Toplanış haqda nə deyə bilərsiz?
- Artıq komandanın “Rubin”lə keçirdiyi ilk sınaq matçında forma geymək şansı qazanmışam. 2:2 hesablı heç-heçəyə razılaşdıq. Fikrimcə, özümü pis göstərmədim.

- Buna baxmayaraq, sizi hələ yalnız Azərbaycanın U-19 yığmasına çağırırlar. Yəqin ki, özünüz artıq U-21-də yer almaq istəyirsiz?
- Pis olmazdı. Əgər götürsələr, məmnuniyyətlə gedərəm. Amma tələsmək də istəmirəm. Axı mənim hələ cəmi 17 yaşım var.

- Azərbaycan yığmasına çağırılmağınıza görə klubda sizə mane olmurlar?
- Xeyr. Bunu sakit qarşılayırlar.
- Xeyr. Bunu sakit qarşılayırlar.
- Gələcək planlarınız necədi?
- “Zenit”in ikinci komandasında möhkəmlənmək istəyirəm. Ondan sonrasına baxarıq.

- 3-4 ildən sonra biz səni əsas komandada görə biləcəyik?
- (gülür) Bilmirəm. Baxarıq.
- (gülür) Bilmirəm. Baxarıq.
- Artıq özünüzə menecer tutmusuz?
- Mənim üçün hələ tezdi. Öz atamla məsləhətləşirəm.

- Rusiyada doğulmusuz, həmişə orda yaşamısız. Niyə Azərbaycan yığmasında oynamağa qərar vermisiz?
- İlk gündən Azərbaycan yığmasında oynamaq istəmişəm. Başqa heç nəyi düşünməmişəm. Əlbəttə, bu seçimimdə valideynlərimin də az rolu olmayıb.