25 yanvar 2013 11:48
Bakı türkiyəli hücumçunu sınaqdan keçirir
“Bakı” türkiyəli futbolçunu baxışdan keçirir. Azerisport.az xəbər verir ki, bu, hücumçu Ferdi Elmasdı.
28 yaşlı forvard azad agent hesab olunur. O, vaxtilə “Waalwijk”, “Çaykur Rizespor”, “Ankaraspor”, “Galatasaray”, “Karabükspor” kimi klubların heyətində yer alıb. Elmasın son iş yeri isə “Karşıyaka” klubu olub.
Qeyd edək ki, bu hücumçu vaxtilə Hollandiyanın U-17 və Türkiyənin U-21 yığmalarında çıxış edib.
Elmas artıq “Bakı”da da oyun keçirməyə imkan tapıb. O, ötən gün baş tutan Almaniyanın "Bergich Gladbach" klubu ilə qarşılaşmada vurulan qələbə qolunun müəllifi olub.
