25 yanvar 2013 11:56
Qarabağ ispaniyalı forvarddan imtina etdi
“Qarabağ” baxışa çağırdığı ispaniyalı hücumçu Manuel Bleda ilə bağlı yekun qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov onu bəyənməyib.
Qeyd edək ki, Bleda komandanın məşqlərində, son sınaq matçlarında da qüvvəsini sınamışdı. O, hətta ötən gün baş tutan “Hoverla” ilə matçda qol da vurmağa imkan tapmışdı. Amma görünür, ispaniyalı hücumçu Ağdam klubunun məşqçilər korpusuna özünü tam bəyəndirə bilməyib. Bu üzdən də o, “Levante”nin əvəzedici heyətinə qayıtmalı olub.
