26 yanvar 2013 00:23
Ramiz Məmmədov: Onlar haqda iki gün sonra qərar verəcəyik
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Ukraynanın “Volın” klubuna qarşı keçirdikləri yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, 2:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
“Bu gün baxışda olan futbolçular yaxşı oynadılar. Lakin onlar haqda qərarı iki gün sonra – “Steaua” ilə keçirəcəyimiz yoxlama matçından sonra açıqlayacağıq. Bu oyunlar bizim “Qarabağ”la oyuna hazırlaşmağımız baxımından vacib əhəmiyyət daşıyır”.