26 yanvar 2013 00:31
Orsuliç Xəzər Lənkəranda (FOTO)
"Xəzər Lənkəran" Futbol Klubu heyətinə yeni futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı Marin Orsuliçlə klub 2 illik müqavilə imzalayıb.
Orsuliç komandasında dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq.
25 yaşlı Marinin son oynadığı klub “NK Zaqreb” futbol klubu olub. O, bu klubun şərəfini 2005-ci ildən qoruyur.
