25 yanvar 2013 12:49
Cihan Özkara əvəzedici heyətdən əsas komandaya keçirildi
Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün adı ehtiyat heyətə daxil edilmiş Cihan Özkara (“Sivasspor”, Türkiyə) fevralın 1-dən etibarən hazırlıq prosesində iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
